...

İranda yeni qızıl və mis yataqları aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2013 17:16 (UTC +04:00)
İranın şimal-şərqindəki Cənubi Xorasan əyalətində bu yaxınlarda yeni qızıl və mis yataqları aşkarlanıb.
İranda yeni qızıl və mis yataqları aşkarlanıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbirlər F.Mehdi, Y.Kosolapova/

İranın şimal-şərqindəki Cənubi Xorasan əyalətində bu yaxınlarda yeni qızıl və mis yataqları aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Mehr" agentliyi İranın Geologiya və Faydalı Qazıntıların Kəşfiyyatı Təşkilatının sədr müavini Bəhruz Bornaya istinadən məlumat verir.

Onun sözlərinə görə, bunadək ölkənin qərbindəki Kürdüstan əyalətində 3 qızıl yatağı açılıb.

Qeyd edək ki, Borna daha əvvəl İranın mineral resurs ehtiyatlarına görə Yaxın Şərqdə birinci yeri tutduğunu bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti