...

Azərbaycanda ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2013 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend /

Yanvarın 15-də Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, təmin edilmiş, adlı, sənədsiz istiqrazlarının emissiyasının növbəti hissəsinin yerləşdirilməsi elan edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi fondun saytında yerləşdirilmiş məlumatda deyilir.

İstiqrazlar satışa 100,15 faiz qiyməti ilə təqdim ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat qismində Azərbaycan Mərkəzi Bankı çıxış edir.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 21 dekabr 2012-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 40 min manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Bu istiqrazların yerləşdirilməsinə 28 dekabr 2012-ci il tarixində başlanılıb və hərraca bu günədək 3 milyon manat həcmində istiqraz yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti