...

"FINCA Azerbaijan"ın Goranboy filialı 1 yaşını qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2013 17:59 (UTC +04:00)
2006-ci ildən Gəncə filialının tərkibində sub-ofis kimi fəaliyyət göstərən Goranboy filialı 05.01.2012-ci ildən filial kimi fəaliyyət göstərir. 24 nəfərdən ibarət olan işçi heyəti ilə filial 5000 nəfərə yaxın müştəriyə maliyyə xidmətləri göstərir.
"FINCA Azerbaijan"ın Goranboy filialı 1 yaşını qeyd edir

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

"FINCA Azerbaijan"ın Goranboy filialı fəaliyyətinin 1 illik yubileyini qeyd edir.

2006-ci ildən Gəncə filialının tərkibində sub-ofis kimi fəaliyyət göstərən Goranboy filialı 05.01.2012-ci ildən filial kimi fəaliyyət göstərir. 24 nəfərdən ibarət olan işçi heyəti ilə filial 5000 nəfərə yaxın müştəriyə maliyyə xidmətləri göstərir. Hazırda filialın kredit portfeli 4 milliondan artıq ABŞ dolları təşkil edir.

Kənd təsərrüfatı, istehsalat və xidmət sahələrdə çalışan orta və kiçik sahibkarlar minimal sənədlə, qısa müddət ərzində 50 - 50 000 ABŞ dollarına qədər Həmrəy Kredit Qrupu, Ekspres Kredit, Kiçik və Orta Sahibkarlıq, Fərdi Fermer və Fərdi Kənd Kredit məhsullarını əldə edə bilərlər.

Goranboy filialı Goranboy şəhəri, H.Əliyev prospekti, 16 ünvanında yerləşir. Filial müştərilərə həftənin 5 günü, saat 09:00-dan 18:00-dək (13:00 - 14:00 nahar fasiləsi) xidmət göstərir.

14 il Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" ölkə ərazisində 29 filial və 35 market ofisi vasitəsilə 135 min nəfərdən artıq müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 150 milyona yaxın ABŞ dolları təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti