...

“ALBALI” kartı əhatə dairəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2013 12:57 (UTC +04:00)

"Unibank"ın məhsullarından olan "ALBALI kart", əhali arasında ən məhşur kart məhsullarından birinə çevrilib.

"ALBALI kart" ailə büdcəsi üçün çox sərfəli bir alətdir. Bu kart sahibinə "Unibank"ın partnyoru olan 350-ən çox alqı-satqı və xidmət şəbəkələrində sərfəli alış-veriş etmək imkanı verir. Heç bir komissiya haqqı ödənilmədən, illik faiz dərəcəsi 0 faiz olan "ALBALI" kartları, müştərilərə tamamilə pulsuz olaraq təqdim olunur. Faizsiz kredit xətti ilə xüsusi bonuslar qazanmaq imkanı verən ALBALI kartları ilə "Unibank"ın tərəfdaşları olan ticarət və xidmət mərkəzlərindən istənilən məhsulu alaraq, dəyərini aylar üzrə hissə-hissə (12 ayadək) ödəmək mümkündür. Ən əsası isə ALBALI kartı ilə POS-terminallarda aparılan hər bir əməliyyatdan müəyyən bir faiz müştərilərə bonus kimi qaytarılır. 3 il müddətinə 3000 manatadək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir.

Misal üçün, Siz "Unibank"ın partnyoru olan hər hansı bir mağazadan 120 manat məbləğində alış-veriş etmək istəyirsiniz. Bankın həmin partnyorla razılaşmasına əsasən, bu məbləği 12 aya ödəyirsiniz. Nəticədə, Siz "ALBALI" kartı ilə istədiyinizi alıb, 12 ay ərzində, ayda cəmi 10 manat ödəyirsiniz. Ödəniş "Unibank"ın istənilən filialında cash-in ödəmə terminalları vasitəsi ilə edilir. "ALBALI kart" müştərinin həm vaxtına, həm də cibinə qənət etməyə imkan verir.

Qeyd edək ki, vətəndaşların bu sərfəli kartla təminatını daha da rahatlaşdırmaq üçün "28 Mall" TM-də də "ALBALI kart"ın satış nöqtəsi açılıb. Bura təkcə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşanlar, cəmi bir neçə dəqiqə ərzində, heç bir vəsait ödəmədən balansında 500 manat olan "ALBALI" kartını sifariş verə və qisa müddətə ala bilərlər.Hər gün yüzlərlə vətəndaş bu unikal təklifdən faydalanır.

"ALBALI" kartı vasitəsi ilə "Hesab.az" ödəmələr portalında kommunal ödənişləri həyata keçirmək də mümkündür. "Unibank"ın "Atəşgah" sığorta şirkəti ilə həyata keçirdiyi sərfəli layihə çərçivəsində maşın sahibləri öz avtomobillərini çox sərfəli şərtlərlə icbari sigorta etdirmək imkanı da qazanıblar. "Albalı" kartı avtomobil sahiblərinə sığorta məbləğini 6 ay ərzində, faizsiz və hissə-hissə ödəmək imkanı verir.

"ALBALI" kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq yetər. Sifariş anketini burdan doldura bilərsiniz http://www.albali.az/sifarish-et/

"Albalı" kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, "Unibank"ın facebook səhifəsindən (www.facebook/unibank.az) və ya 117 nömrəsindən öyrənmək mümkündü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti