...

Azərbaycan Risk Peşəkarları Assosiasiyasına ilk sığorta şirkəti daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2013 18:39 (UTC +04:00)
Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) korporativ üzvlərinin tərkibinə ilk sığorta şirkəti daxil olub.
Azərbaycan Risk Peşəkarları Assosiasiyasına ilk sığorta şirkəti daxil olub

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) korporativ üzvlərinin tərkibinə ilk sığorta şirkəti daxil olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARPA-nın yaydığı məlumatda deyilir.

"Paşa Həyat Sığorta" şirkəti yanvarın 21-də ARPA-nın üzvü olub.

"Sığorta şirkəti və ARPA arasında uzun müddət hər iki tərəf üçün məhsuldar və perspektivli münasibətlərin əsası qurulub", - məlumatda qeyd edilir.

Hazırda ARPA-ya 22 korporativ və 700 müstəqil üzv daxildir.

"ARPA-nın fəaliyyət sahəsi genişlənir, yeni layihələr həyata keçirilir. 2012-ci ildən Assosiasiya bütün regionda Britaniya CII (Chartered Insurance Institute) Sertifikat Universitetinin sınaq və treninq mərkəzi olub. Universitet təkcə Azərbaycanda deyil, ümumilikdə bütün regiondakı sığorta şirkətlərinin fəaliyyəti ilə əlaqəlidir. Buna sübut kimi ARPA-nın Tehrandakı Sığortaçılar İnstitutu ilə əməkdaşlığını göstərmək olar. Assosiasiya korporativ və müstəqil səviyyədə əməkdaşlıq üçün açıqdır", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti