...

"Rabitəbank" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2013 12:28 (UTC +04:00)
Fevralın 8-dən "Rabitəbank"ın 10 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır.
"Rabitəbank" kapitalını artırır

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir A.Axundov/

Fevralın 8-dən "Rabitəbank"ın 10 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır. Trend-in məlumatına görə, bu barədə şənbə günü bankın yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20,29 manat olan 492 854 səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Emissiya prospektinin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 30 milyon manatdan 40 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti