...

"Albalı" kartı tərəfdaşlıq şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2013 17:22 (UTC +04:00)
"Unibank"ın "Albalı" kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib.
"Albalı" kartı tərəfdaşlıq şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 7 fevral /Trend/

"Unibank"ın "Albalı" kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. Hər gün daha çox insan çox-çox sərfəli "Albalı" kartına sahib olaraq, "Unibank"ın gündən-günə genişlənən tərəfdaş mağazalar şəbəkəsində alış-veriş etmək imkanı qazanırlar. Bu tərəfdaşlar siyahısına dəbli geyimlərin satışı ilə məşhur olan "Mango" mağazalar şəbəkəsi də qatılıb.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, "Unibank"ın çox-çox sərfəli kartı "Albalı" ilə artıq bütün "Mango" mağazalarından alış-veriş etmək mümkündür. "Unibank"la "Mango" mağazalar şəbəkəsi arasında əməkdaşlıq müştərilərə "Mango" dəb geyimlərini taksitlə, daha uzun müddətə ödəniş etməklə almaq imkanı yaratmağa yönəldilib.

"Albalı" kart sahibləri "Mango" mağazalarından istənilən geyimi və aksessuarı 3 və 6 aylıq taksitlə almaq imkanı qazanıblar. Məhsulun qiymətinin 3 aya ödənişi zamanı müştəri 5% əlavə komissiya ödəyir. 6 aylıq taksitlə ödəniş zamanı isə komissiya 7% hesablanır.

Müştərilər "Albalı" kartı "Unibank"ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən "Albalı" kartı bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir.

"Albalı" kartı ailə büdcəsi üçün çox sərfəli bir alətdir. Bu kart sahibinə "Unibank"ın partnyoru olan 350-ən çox alqı-satqı və xidmət şəbəkələrində sərfəli alış-veriş etmək imkanı verir.

"Albalı" kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə onlayn sifariş anketini doldurmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz

"Albalı" kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, "Unibank"ın "facebook" səhifəsindən (www.facebook/unibank.az) və ya 117 nömrəsindən öyrənmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti