...

Bosniya və Herseqovina-Azərbaycan biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2013 14:20 (UTC +04:00)
2013-cü il fevralın 17-18-də Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinada səfərdə olacaq.
Bosniya və Herseqovina-Azərbaycan biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 9 fevral /Trend/

2013-cü il fevralın 17-18-də Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinada səfərdə olacaq.

Trend-in şənbə günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, səfər çərçivəsində fevralın 18-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Banya-Luka şəhərində Bosniya və Herseqovina-Azərbaycan biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Fond Azərbaycan nümayəndə heyətinin tərkibində biznes forumda iştirak etməyə marağı olan şəxsləri tədbirə dəvət edir.

Əlaqəli şəxs: Qüdrət Ovçuyev, e-mail: [email protected]; tel: 012 5980147/48; daxili 119, 123, 108

Məqalədə:
Xəbər lenti

Xəbər lenti