...

"Atəşgah" xaricə gedənlərin sığortası çərçivəsində 25 min avroluq ödəniş həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2013 13:25 (UTC +04:00)
Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" Sığorta Şirkəti xaricə gedənlərin sığortası çərçivəsində bir sığorta hadisəsi üzrə 25 min avro məbləğində iri ödəniş həyata keçirib.
"Atəşgah" xaricə gedənlərin sığortası çərçivəsində 25 min avroluq ödəniş həyata keçirib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" Sığorta Şirkəti xaricə gedənlərin sığortası çərçivəsində bir sığorta hadisəsi üzrə 25 min avro məbləğində iri ödəniş həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, İspaniyada olduğu müddət ərzində sığortalanmış şəxsin yıxılması nəticəsində bud sümüyünün boyun sınığı baş verib. "Atəşgah" SŞ cərrahi əməliyyat və zərərçəkmişin vətənə gətirilməsinə dair bütün xərcləri ödəyib. Adıçəkilən tədbirlər üzrə xərclər 25 min avro təşkil edib.

Bu gün xaricə gedənlərin sığorta polisi (travel insurance) daha da aktuallaşmaqdadır. Bu cür sığorta polisinin əldə edilməsi sığorta olunan şəxsə xarici ölkələrdə olarkən təcili və təxirəsalınmaz tibbi xidmətlərə zərurət yarandığı zaman lazımi maliyyə müdafiəsinə təminat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti