...

"Təmiz Şəhər" növbəti ekoloji monitorinqlər keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2013 12:32 (UTC +04:00)
“Təmiz Şəhər” ASC tərəfindən Balaxanı poliqonunun düzgün şəkildə idarə olunması istiqamətində aparılan işlərin ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə 2012-ci il üzrə keçirilmiş ekoloji monitorinqlər üzrə hesabatlar yekunlaşıb.
"Təmiz Şəhər" növbəti ekoloji monitorinqlər keçirib

Azərbaycan, Bakı, 19 fevral /Trend/

"Təmiz Şəhər" ASC tərəfindən Balaxanı poliqonunun düzgün şəkildə idarə olunması istiqamətində aparılan işlərin ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə 2012-ci il üzrə keçirilmiş ekoloji monitorinqlər üzrə hesabatlar yekunlaşıb. Aparılmış monitorinqlər nəticəsində Balaxanı qəsəbəsində ekoloji vəziyyətin sağlamlaşdırılmasında müsbət dinamika müşahidə edilib.

ASC-nin mətbuat ximətindən Trend-ə verilən məlumata görə, 2012-ci üzrə hava, su və torpaq səth örtüyündə aparılmış monitorinqlər Balaxanı poliqonunda ekoloji vəziyyətin xeyli yaxşlaşdığını göstərir. Hava nümunələrinin monitorinqi göstərir ki, poliqonda aparılmış torpaqlama işləri ilə əlaqədar olaraq ilin əvvəlində PM10 qazlarının miqdarında bir qədər artım müşahidə olunsa da sonradan görülmüş işlər nəticəsində bu qazların miqdarı aşağı düşüb və 0,15 mq/kq təşkil edir. HF (Hidrogen-flüorid), HCl (Hidrogen-xlorid) və CO (Dəm qazı) qazlarının miqdarı artmayıb və yol verilən qatılıq həddindədir.

Poliqonda aparılan işlər nəticəsində su nümunələrinin kimyəvi analizi civə (Hg), xrom (Cr) və qalay (Sn) kimi elementlərin miqdarı azaldığını və yol verilən qatılıq həddini aşmadığını göstərir.

Bundan başqa, poliqonda torpağın tərkibində ağır metalların azalma tendensiyası müşahidə olunur. Belə ki, aparılan analizlər zamanı poliqondan götürülmüş torpaq nümunələrində ağır metalların miqdarının yol verilən qatılıq həddində olduğu müəyyən edilib. Ağır metalların torpaqda azalması uzun sürən bir proses olmasına baxmayaraq, 2011-ci illə müqayisədə torpaqda ağır metalların nəzərəçarpacaq dərəcədə azalması müşahidə olunub.

Qeyd edək ki, ekoloji monitorinqin nəticələri ictimaiyyətə açıqdır və bununla bağlı ətraflı məlumatı Səhmdar Cəmiyyətin ofisində fəaliyyət göstərən tullantıların idarə edilməsi üzrə Məlumat və Resurs Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti