Azərbaycan, Bakı, 28 fevral / Trend/
"Bank Standard" 8 mart bayramı münasibətilə xanımları təbrik edir və onlar üçün yeni aksiyaya start verir. Aksiya mart ayının 1-15 tarixləri arası bankın bütün filiallarında keçirilir. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.
Aksiya çərçivəsində bankda hesabı olan xaınm müştərilərə kredit xəttinin maksimal məbləği 1000 manatadək olan MasterCard Gold plastik kartı hədiyyə olunacaq.
Yeni xanım müştərilərə gəlincə isə, onlara kredit xəttinin maksimal məbləği 1000 manatadək olan MasterCard Standard plastik kartları hədiyyə veriləcək..
Əlavə məlumat üçün "Bank Standard"ın 158 nömrəli məlumat mərkəzinə müraciət edin.