...

"Holcim"in sənət təlimləri gənclər üçün yeni üfiqlər açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2013 09:53 (UTC +04:00)
Tikinti sektorunun geniş vüsət alması və müasir texnologiyadan istifadə əmək bazarına təsir edərək yeni tələblər yaradır. Bu onunla izah olunur ki, yüksək peşakarlıq tələb edən vəzifələr xüsusi bacarıqları olan mütəxəssislər axtarışındadır.
"Holcim"in sənət təlimləri gənclər üçün yeni üfiqlər açır

Azərbaycan, Bakı, 6 mart /Trend/

Tikinti sektorunun geniş vüsət alması və müasir texnologiyadan istifadə əmək bazarına təsir edərək yeni tələblər yaradır. Bu onunla izah olunur ki, yüksək peşakarlıq tələb edən vəzifələr xüsusi bacarıqları olan mütəxəssislər axtarışındadır. Təbii olaraq, bir tərəfdən yüksək peşəkarlıq tələb edən sahibkarlar, digər tərəfdən isə peşəkar mütəxəssislərin məhdud olması əmək bazarında boşluq yaradır və biznes sektorun inkişafına çətinlik yaradır. Buna görə "Holcim" (Azərbaycan) şirkəti tərəfindən Holcim Sement Mərkəzində tikinti sənayesində tətbiq olunan yeni Avropa standartlarını aşılamaq məqsədilə müştərilər üçün keçirilən təlimlərləri misal göstərmək olar.

Hazırda Məşğulluq-Məsləhət Mərkəzinin nəzdində sənət təlimlərinin icrasına başlanmışdır. Kursun həyata keçirilməsində iki əsas məqsəd qarşıya qoyulur - bunlardan biri tikinti sektorunda daha bacarıqlı işçi heyəti yetişdirilməsi və ikincisi Sahil qəsəbəsində yaşayan gənclər arasında işsizlik səviyyəsinin azaldılmasıdır. 30 nəfərdən ibarət olan bu proqram suvaqçı, elektrik montyoru və plastik qapı pəncərə hazırlanması üzrə mütəxəssislər hazırlayır. Təlimi uğurla bitirmiş bütün iştirakçılar Məşğulluq-Məsləhət Mərkəzi tərəfindən 1 ay müddətində usta köməkçisi kimi tikinti sahələrində çalışacaqlar. Praktiki komponentə əlavə olaraq, iştirakçılar peşə standartları ilə yanaşı, əməyin təhlükəsizliyi ilə bağlı da təlimatlandırılacaqlar.

Bu layihənin indiki vəziyyəti göstərir ki, 3 aylıq proqram tikinti sektoru tələblərinə cavab verərək, iştirakçılar arasında yeni iş imkanları və ruh yüksəkliyi yaradır, və ən əsası qazanılmış xüsusi bacarıqlar sayəsində əmək bazarında daha müvəfəqiyyətli olmanın təməlini qoyur. Layihənin uğurlu nəticəsi gələcəkdə bu proqramın "Holcim" şirkəti tərəfindən daha da genişləndirilməsinə imkan yaradacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti