...

Paris-Bakı aviareysi yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2013 17:59 (UTC +04:00)
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, "Azərbaycan Hava Yolları" tərəfindən (AZAL) həyata keçirilən Paris-Bakı aviareysi yubanır.
Paris-Bakı aviareysi yubanır

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.İsmayılov/

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, "Azərbaycan Hava Yolları" tərəfindən (AZAL) həyata keçirilən Paris-Bakı aviareysi yubanır. Bu barədə Trend-ə çərşənbə axşamı Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Hava limanından deyiblər ki, cədvələ görə, təyyarə yerli vaxtla saat 19:35-də Bakıya çatmalı idi, lakin əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarənin Parisdən uçuşu təxirə salınıb.

"Təyyarənin Parisdən dəqiq uçuş vaxtı məlum deyil", - aeroportdan bildiriblər.

Bundan başqa, hava limanından məlumat veriblər ki, uçuş cədvəlinə edilən dəyişikliklərlə əlaqədar olaraq, Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysi də təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti