Azərbaycan, Bakı, 12 mart /Trend/
"Unibank" Novruz bayramı münasibətilə hədiyyə kampaniyasına başlayıb.
Bankdan Trend-ə verilən məlumata görə, martın 12-dən aprelin 1-dək Unibank-dan nağd kredit alan hər bir müştəriyə "Visa Alkart" kredit kartı hədiyyə olunacaq. Bayram hədiyyəsi olan 500 AZN limitli bu kart pulsuz verilir və heç bir komisyon haqq ödənilmədən rəsmiləşdirilir. Kartdakı kredit vəsaitindən 35 gün müddətində faiz ödəmədən istifadə etmək mümkündür.
Unibank-da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə bankın bütün paytaxt və rayon filiallarından 5000 manatadək kredit almaq mümkündür. Unibank-ın nağd kreditlərində minimal əməkhaqqına və paytaxt qeydiyyatına tələb yoxdur. 6 ay müddətinə rəsmiləşdirilən kreditlərə 6% endirim edilir.
Qeyd edək ki, "Unibank" nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.
Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə "Unidirect" xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb öz elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.