...

Azərbaycan Beynəlxalq Bankı "American Express" kartları üzrə güzəştli kampaniyaya başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2013 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycan Beynəlxalq Bankı (ABB) "American Express" kartları üzrə "Bərəkətli Bahar" adlı güzəştli kampaniya keçirir. Bu barədə Trend-ə cümə axşamı bankdan daxil olan məlumatda bildirilir.

Bank Novruz bayramı münasibətilə 14 mart 2013-cü il tarixdən 30 aprel 2013-cü il tarixə qədər "American Express Green" və "American Express Gold" tipli kartların güzəştli şərtlərlə satış kampaniyasını elan edib.

Kampaniya çərçivəsində "American Express Green" kartları üçün 45 manat, "American Express Gold" kartları üçün 80 manat məbləğində illik xidmət haqqı nəzərdə tutulur. Bir borcalan üzrə 5.000 (beş min) manata qədər kredit limiti təyin edilir.

ABB Azərbaycan bazarında "American Express" kartlarının eksklüziv emitentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti