Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Axundov/
Son 10 il ərzində Azərbaycan səhiyyə sahəsində büdcə xərclərini 12,5 dəfə artırıb. Bu vaxt ərzində 500-dən çox tibbi müəssisə tikilib və ya yenidən tamamilə bərpa olunub. Bu tədbirlər sayəsində ölkədə orta ömür uzunluğu artıb və uşaq və anaların ölüm səviyyəsi aşağı düşüb. Trend-in məlumatına görə, bu barədə cümə günü Baş nazir Artur Rasizadə parlamentdə ötən ilin yekunlarına dair hökümətin hesabatının müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə səhiyyə sahəsində müəssələrin bərpası və ən son texnologiyaların tədbiqi davam etdirilib, təhsil müəssələrinin maddi-texniki bazaları gücləndirilib, səhiyyə və tibb sahəsində ən son texnologiyaların tədbiqi sürətləndirilib.
"2012-ci ildə bütün regionlarda su təchizatı və kanalazisiya sisteminin bərpası üçün yeni layihələr hazlrlanıb və onların mərhələli şəkildə həyata keçirilməsinə başlanılıb. Həmçinin, nəqiliyat sektorunda böyük infrastrukur layihələri reallaşdırılıb, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üçün əsaslı addımlar atılıb, informasiya texnologiyaları sahəsinə böyük investisiyalar yatırılıb",-deyə, Rasizadə bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində neft strategiyasına uyğun olaraq ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət verilib.
"Paylayıcı sistemlərdə generasiya güclərinin genişlənməsi, səmərəliyin artırılması, elektrik ötürmələri və yarımstansiyaların, bölüşdürücü sistemlərin tikintisi və yenidən qurulması əhəmiyyətli layihələrdəndir. Azərbaycanla TANAP və başqa layihələr haqqında razılaşmaların təsdiqi Avropanın təbii qazla təminatında ölkənin rolunu yüksəldəcək", - Rasizadə bildirib.