...

"AGBank" Novruz bayramı ilə əlaqədar endirimlər kampaniyasını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 10:17 (UTC +04:00)
"AGBank" ASC-in AGClub diskont kartı artıq 9 ildir ki, öz dəyərli müştərilərinə 300-dən çox müxtəlif obyektlərdə 40 faizə qədər endirimlər təklif edir.
"AGBank" Novruz bayramı ilə əlaqədar endirimlər kampaniyasını elan edib

Azərbaycan, Bakı, 19 mart /Trend/

"AGBank" ASC-in AGClub diskont kartı artıq 9 ildir ki, öz dəyərli müştərilərinə 300-dən çox müxtəlif obyektlərdə 40 faizə qədər endirimlər təklif edir. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı xəbərdə deyilir.

Siz vahid endirim sisteminin çoxsaylı partnyorları tərəfindən təqdim olunan güzəştlərlə satın almaq, istirahət etmək, geyinmək, öz sağlamlığınızın və xarici görünüşünüzün qeydinə qalmaq, səyahət etmək imkanını əldə edəcəksiniz!!!

Beləliklə, "AGBank" Novruz bayramı ilə əlaqədar olaraq 19-21 mart ərəfəsində AGClub kart sahiblərinə LIST, HUGO BOSS, Kira Plastinina mağazalar şəbəkəsində bütün məhsullara 25% endirim təklif edir, kartı olmayan müştərilər isə bu mağazalarda alış-veriş edərək pulsuz endirim kartını əldə edəcəklər!

"List Roma" brendi dünyanın hər bir yerində tanınır. List Fəlsəfəsi - şəxsiyyətini pozmadan qadın gözəlliyini vurğulayır. List-də qadın - əla zövq ilə dinamik xarakterli, dəbin ardınca gözü bağlı qaçmayan, özünə və şəxsiyyətinə qiymət verən bir şəxsdir.

Bu gün HUGO BOSS moda dünyasının ən nüfuzlu şirkətlərindən biridir. Brendin Alman təmkinliyi müxtəlif istiqamətləri özündə birləşdirir: təmiz idman üslublu və ciddi klassik geyimləri, və eyni zamanda zərif lüks geyimləri və casual stili. HUGO BOSS-un əsas istiqaməti klassik üslubdur. Iş adamın ən əsas uniforması kostyumlar və pencəklərdir.

Kira Plastinina - istedadlı gənc moda-dizayneridir. Bu günə gədər, onun pərastişkarları arasında dünyanın müxtəlif güşələrindən moda sevənləri var. Azərbaycandan əlavə, Rissiyada, ABŞ-da, Avropada, Fillipində, Çində, Kazaxstanda və Ukrayna da bu brendin geyimləri uğurla satılır.

Brend geyimlərlə və aksessuarlarla özünüzü və yaxınlarınızı sevindirməyə tələsin!

AGClub Vahid Endirim Sisteminin əsas məlumat daşıyıcısı daim təzələnən "agclub.az" veb-saytımızdır.

AGBank - zəngin olmaq haqqınızdır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti