...

Azərbaycan əhalisinin gəlirləri 6 faizədək artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2013 15:01 (UTC +04:00)
Azərbaycanda 2013-cü ilin yanvar-fevralında adambaşına düşən gəlir orta hesabla 517,6 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,4 faiz çoxdur. Bu barədə Trend-ə şənbə günü Dövlət Statistika Komitəsindən daxil olan məlumatda bildirilir.
Azərbaycan əhalisinin gəlirləri 6 faizədək artıb

Azərbaycan, Bakı, 23 mart /Trend/

Azərbaycanda 2013-cü ilin yanvar-fevralında adambaşına düşən gəlir orta hesabla 517,6 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,4 faiz çoxdur. Bu barədə Trend-ə şənbə günü Dövlət Statistika Komitəsindən daxil olan məlumatda bildirilir.

Adambaşına düşən gəlir orta hesabla 258,8 manat təşkil edib.

Hesabatda qeyd olunub ki, adambaşına düşən gəlirlərin artım tempi istehlak qiymətlərinin artımını 3,4 faiz üstəliyir.

Ümumilikdə, əhalinin nominal pul gəlirləri il ərzində 5,8 faiz artaraq 4,785 milyard manata çatıb.

Bütün məcburi ödəmələrin və üzvlük haqlarının ödənişindən sonra əhalinin sərəncamında qalan gəlirlər 4,309 milyard manat təşkil edib ki, bu da ötən ilin yanvar-fevralında qeydə alınan analoji göstəricidən 5,4 faiz çoxdur. Əhalinin real gəlirləri adambaşına dörd faiz artaraq 466,1 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti