...

"Paşa Həyat" icbari sığorta üzrə ən iri ödənişini həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2013 15:49 (UTC +04:00)
Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "Paşa Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ən iri ödənişini edib.
"Paşa Həyat" icbari sığorta üzrə ən iri ödənişini həyata keçirib

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "Paşa Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ən iri ödənişini edib.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu sığorta növü üzrə 104 min manata yaxın ödəniş 26 yanvar 2013-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanan şəxsin ölüm faktına görə ödənilib.

Bağlanmış icbari sığorta müqaviləsində qeyd olunan müvafiq şərtlərə uyğun olaraq, həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası"nın müvafiq bəndi tətbiq edilməklə 103,892 min manat həcmində birdəfəlik sığorta ödənişi vəfat etmiş sığorta olunanın faydalanan şəxsinə - mərhumun ailəsinə ödənilib.

Xatırladaq ki, 2013-ci ilin əvvəlindən indiyədək "Paşa Həyat Sığorta" şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə (sonuncu ödəniş də daxil olmaqla) 246 min manatdan çox sığorta ödənişi verilib.

"Paşa Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar-fevral aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,685 mln. manat, ödənişləri isə 100 min manata yaxın olub. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti