• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Biznes və iqtisadiyyat xəbərləri

"Paşa Həyat Sığorta" ASC-nin yığımlarının yarıdan çoxu könüllü sığortanın payına düşüb

19 Aprel 2013 16:23 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "Paşa Həyat Sığorta" ASC 2013-cü ilin birinci rübü üzrə sığorta fəaliyyətinin yekunlarını açıqlayıb.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu ilin birinci rübünün yekunu olaraq, "Paşa Həyat" 8,352 mln. manat sığorta haqqı ilə şirkətlər sırasında ilk üçlüyə daxil olub.

Şirkətin bu ilin birinci rübündə topladığı yığımlar ötən ilin analoji dövrü ilə müqayisədə 7 dəfə və ya 3,677 mln. manat çox olub. Göstərilən dövrdə şirkətin məcmu yığımlarında icbari sığortanın payı 45%-ə, könüllü sığorta növlərinin payı isə 55%-ə çatıb. Bu isə "Paşa Həyat"ın könüllü həyat sığortası növlərinin inkişafına daha çox üstünlük verməsi deməkdir.

Portfel, əsasən, həyatın yaşam sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, kredit götürən şəxslərin həyat sığortası və kritik xəstəliklərdən sığorta növləri üzrə daxil olan sığorta haqlarından formalaşıb.

Bundan başqa, bu ilin birinci rübündə şirkət tərəfindən sığorta riskləri üzrə 0,148 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünün ödənişindən təxminən 53% çox olub. Ödənişlərdə 0,142 mln. manat istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünə, 0,006 mln. manat isə könüllü həyat sığortası növlərinin payına düşüb.

Bazar üzrə məcmu ödənişlərdə şirkətin xüsusi çəkisi isə 0,6% təşkil edib.

Qeyd edək ki, "Paşa Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • PAŞA Həyat Sığorta ASC
  • Paşa Həyat Sığorta
Digər xəbərlər
"PAŞA Həyat Sığorta"nın rəhbərliyində dəyişikliklər baş verib
Biznes və iqtisadiyyat xəbərləri 22 Fevral 2016 13:07
“PAŞA Həyat Sığorta” ASC müddətsiz lisenziya alıb
Biznes və iqtisadiyyat xəbərləri 18 Dekabr 2015 10:36
Həyat sığortası şirkətinin aktivlərinin həcmi 80 faizdən çox artıb
Biznes və iqtisadiyyat xəbərləri 29 Yanvar 2015 13:48
Azərbaycanın həyat sığortası şirkəti il ərzində kapitalını təqribən 60 faiz artırıb
Biznes və iqtisadiyyat xəbərləri 23 Oktyabr 2014 18:45
"PAŞA Həyat" üç bədbəxt hadisə üzrə 92 min manata yaxın sığorta ödənişi verib
Biznes və iqtisadiyyat xəbərləri 19 Sentyabr 2014 11:21
"PAŞA Həyat" təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya alıb
Biznes və iqtisadiyyat xəbərləri 22 May 2014 13:48
Xəbər lenti
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)
Nəzər nöqtəsi 11:34
"Milli Şura" acı məğlubiyyət yaşamamaq üçün seçkiləri boykot edib - Deputat
Siyasət 11:00
İsveçrə Azərbaycanla maliyyə məlumatlarını mübadilə edəcək
İqtisadiyyat 10:38
Vulkan püskürməsi nəticəsində qurbanların sayı 16-ya çatıb
Dünya xəbərləri 10:23
"Milli Şura" mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil - Sona Əliyeva
Siyasət 10:00
Cəbhədə atəşkəs yenə pozuldu - 21 dəfə
Dağlıq Qarabağ Münaqişəsi 09:34
Gəncədə yaşayış binasında yanğın olub
Hadisə 09:21
Beyrutda 50-dən çox nümayişçi xəsarət alıb
Dünya xəbərləri 09:06
Bakıda kafedə yanğın baş verib
Hadisə 08:45
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat
ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri