...

Dubayda Azərbaycanın investisiya imkanları təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2013 18:35 (UTC +04:00)
Dubayda keçirilən 3-cü İllik İnvestisiya Toplantısı çərçivəsində bu gün Azərbaycana dair ölkə təqdimatı keçirilib.
Dubayda Azərbaycanın investisiya imkanları təqdim edilib

Azərbaycan, Bakı, 2 may /Trend/

Dubayda keçirilən 3-cü İllik İnvestisiya Toplantısı çərçivəsində bu gün Azərbaycana dair ölkə təqdimatı keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə təqdimatla çıxış edib.

Qeyd edək ki, aprelin 30-dan etibarən Dubayda keçirilən 3-cü İllik İnvestisiya Toplantısında xarici ölkələrdən beş minə yaxın dövlət rəsmisi və iş adamları iştirak edir. Tədbir çərçivəsində təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı, Azərbaycana dair də stend qurulub. Stenddə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə, həyata keçirilən iri layihələrə dair məlumatlar yerləşdirilib.

Azərbaycan stendi ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti