...

Mərkəzi Bank: Azərbaycanda aqrar bank yaradıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2013 12:31 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) ixtisaslaşdırılmış aqrar bankın yaradılması məsələsinə baxır
Mərkəzi Bank: Azərbaycanda aqrar bank yaradıla bilər

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) ixtisaslaşdırılmış aqrar bankın yaradılması məsələsinə baxır. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda keçirilən kənd təsərüfatının kreditləşməsi üzrə "Beynəlxalq konfederasiyasının Mərkəzi Komitəsi"nin (C.I.C.A) 43-cü konfransında çıxışı zamanı AMB-nin sədri Elman Rüstəmov bildirib.

"Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında böyük hədəflər dayanıb və onlara çatmaqda kənd təsərrüfatı əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycanda kənd təsərrüfatına bank xidmətlərini əsasən universal banklar göstərir. Həmçinin regionlarda mikromaliyyələşdirmə üzrə təşkilatlar dinamik inkişaf edir. Dünyada kənd təsərrüfatına maliyyə dəstəyi ilə bağlı dövlət və özəl olmaqla müxtəlif kombinasiyalar var. Hazırda biz beynəlxalq təcrübəni öyrənirik", - Rüstəmov bildirib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin 38 faizi kənd təsərrüfatı sahəsində çalışır.

"Bu sektora əhəmiyyətli dövlət yardımı göstərilir. Bu gün dövlət fondları vasitəsilə kənd təsərrüfatı məhsulunun istehsalçılarına güzəştli şərtlərlə bir milyard dollara yaxın vəsait verilib", - Rüstəmov bildirib.

Konfransın təşkilatçısı, "Aqrarkredit" Bank Olmayan Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevin sözlərinə görə, tədbirdə dünyanın 11 ölkəsindən 60 qonaq iştirak edir.

Konfrans zamanı Azərbaycanın bank sektorunun inkişaf perspektivləri, dünyada maliyyə böhranı nəticəsində ziyan çəkən kənd təsərrüfatı biznesinin inkişafı və s. məsələlər müzakirə olunub.

Konfrans öz işini şənbə günü yekunlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti