...

"Xalq Sığorta"nın nizamnamə kapitalı 36 milyon dolları ötəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2013 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Xalq Sığorta" şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

QKDK-dan cümə axşamı Trend-ə verilən məlumata görə, səhmlərin nominal dəyəri 7,84 faiz artırılıb.

Emissiyanın yerləşdirilməsi 3,85 manat nominalında 7,39 milyon səhmin 3,57 manat nominallı eyni həcmdə səhmə konvertasiyası yolu ilə həyata keçiriləcək.

Nəticədə bankın nizamnamə kapitalı 26,38 milyon manatdan 28,45 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti