...

"ABB-Gürcüstan" Bankının aktivləri 57 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2013 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

"ABB-Gürcüstan" Bankının (Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu) aktivləri 2013-cü il aprelin 1-nə 144,9 mln. lari təşkil edib, bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 56,7 faiz çoxdur. Bu barədə Trend-ə ABB-dən məlumat verilib.

Hesabat dövrü ərzində bankın kredit portfeli 50,3 faiz artaraq, 113,5 mln. lari təşkil edib.

Bankın hüquqi və fiziki şəxs olan müştərilərinin sayı 2013-cü il aprelin 1-nə 1792 təşkil edib (il ərzində artım 55,9 faiz). Bankın depozit portfeli 85,6 faiz artaraq, 106,6 mln. lari təşkil edib.

Bankın xalis mənfəəti keçən ilin müvafiq dövrü ilə müqayisədə 199,3 faiz artıb.

Cari ilin aprelin 1-nə bankın nizamnamə kapitalı 22,7 mln. lari təşkil edib.

"Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan" SC 2006-cı ildə dövlət və vergi qeydiyyatından keçib. 2007-ci ilin fevralında Gürcüstan Milli Bankı "ABB-Gürcüstan"a bank əməliyyatlarını həyata keçirməsi üçün lisenziya verib.

Mayın 16-na rəsmi məzənnə 0,479 AZN/GEL təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti