Azərbaycan, Bakı, 23 may /Trend, müxbir A.Axundov /
Azərbaycan Mərkəzi Bankı (AMB) yeni normativ tələblərə qədər nizamnamə kapitalını yüksəldə bilmədiyi təqdirdə bankların bank olmayan kredit təşkilatlarına (BOKT) çevrilməsi ilə bağlı hüquqi baza yaradıb. Trend-in məlumatına görə, bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
Hazırki tələblərə görə, ölkə bankları 10 milyon manatdan az olmamaq şərtilə, nizamnamə kapitalına malik olmalıdırlar, lakin 2014-cü ilin yanvarından qüvvəyə minən AMB-nin yeni tələblərinə görə nizamnamə kapitalı 50 milyon manat olmalıdır.
Onun sözlərinə görə, bazarda birləşdirilmə prosesinin başlanması zamanı bankların BOKT-na çevrilməsi ideyalardan biri idi:
"Hələlik belə transformasiya ilə bağlı qanunverici baza yoxdur. Biz onun yaradılması sahəsində işləri davam etdiririk. Onun yaradılmasında məqsəd belə transformasiya zamanı təşkilatların aktivlərinin saxlanılması, istehlakçıların hüquqlarının qorunmasıdır. Bunun üçün hüquqi əsaslar lazımdır və onlar beynəlxalq təcrübəyə müvafiq olaraq hazırlanıb.