Azərbaycan, Bakı, 24 may /Trend/
Azərbaycanın ən populyar kredit kartı olan "Bolkart" istifadəçilərinin sayı 100 minə çatıb. "Bank of Baku"dan cümə günü Trend-ə verilən məlumata görə, 100 000-ci "Bolkart"ın sahibi Firuzə Ələkbərova olub. Əlamətdar say münasibətilə Firuzə Ələkbərovaya hədiyyə qismində "Samsung S4" smartfonu təqdim edilib.
Hədiyyə "Bolkart" şəbəkəsinin tərəfdaşı "Integralplus"un yeni açılmış "Samsung brend mağazası"nda verilib. Hədiyyənin təqdim edilməsi mərasimində 100.000-ci "Bolkart" sahibi kartı gündəlik ehtiyacları üçün aldığını etiraf edib: "Bolkart"la hər hansı malı alıb haqqını bərabər hissələrlə aylar ərzində ödəmək, həm də kampaniyalar zamanı kartdan pul çıxarmaq olur. Bu gün bu üstünlüklər sıravi insanlar üçün son dərəcədə faydalıdır. Təşəkkürlər, Bolkart!".
2011-ci ilin sonu kütləvi dövriyyəyə buraxılan "Bolkart" ötən müddət ərzində böyük populyarlıq qazanıb və bu gün artıq 100 min insan ondan gündəlik istifadə edir. 100 000-ci "Bolkart"ın verilməsi münasibətilə "Bank of Baku"nun sədr müavini Abbas İbrahimov bu rəqəmin Azərbaycan ödəniş kartları tarixində önəmli bir göstərici olduğunu qeyd edib: "Biz istehlakçıların "Bolkart" kredit kartına böyük maraq göstərmələrindən son dərəcədə məmnunuq. Bu, bizim üçün həm qürur mənbəyi, həm də ciddi bir məsuliyyətdir. Bunu nəzərə alaraq, biz "Bolkart" sahiblərinin kartdan istifadə imkanlarını genişləndirmək, eyni zamanda, alış-verişlərini izləmək və nəzarət etmək üçün onlara məsafəli bank xidmətlərini təqdim etmək niyyətindəyik".
"Bank of Baku" ölkədə nağdsız ödəmələrə xüsusi diqqət yetirməklə Azərbaycan Mərkəzi Bankının ölkədə nağdsız ödənişlərin genişləndirilməsi siyasətinə öz töhfəsini verir. Azərbaycanda ödəniş kartları bazarının inkişafı "Bank of Baku"nun əsas prioritetlərindən biridir.
Xatırladaq ki, bu gün "Bolkart"la ölkəmizin 800-ə yaxın geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. "Bolkart" ilə hər hansı malı alıb onun dəyərini bərabər hissələrlə 1, 3, 6 və ya 12 aya ödəmək olar. "Bolkart"dan habelə vaxtaşırı pul çıxarmaq da mümkündür.
"Bolkart"ın üstünlükləri ilə yaxından tanış olmaq üçün "Bank of Baku"nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.