...

Ernst & Young-ın Bakı partnyoru Parisdə 13-cü illik MDB neft və qaz sammitində iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2013 19:09 (UTC +04:00)
20-22 may 2013-cü il tarixlərində Parisin “Westin Paris” hotelində keçirilmiş konfrans 29 ölkədən 45-dən çox yüksək rütbəli natiqi və 250 nümayəndəni, eləcə də müxtəlif təşkilatlardan olan bir çox nüfuzlu lideri bir araya gətirdi.
Ernst & Young-ın Bakı partnyoru Parisdə 13-cü illik MDB neft və qaz sammitində iştirak edib

Azərbaycan, Bakı, 24 may /Trend/

20-22 may 2013-cü il tarixlərində Parisin "Westin Paris" hotelində keçirilmiş konfrans 29 ölkədən 45-dən çox yüksək rütbəli natiqi və 250 nümayəndəni, eləcə də müxtəlif təşkilatlardan olan bir çox nüfuzlu lideri bir araya gətirdi. Konfrans iştirakçıları MDB-nin mənfəətli neft və qaz bazarında əsas tendensiyaları, regional siyasətləri, strateji perspektivləri, eləcə də investisiya və inkişaf imkanlarını müzakirə etdilər. Tədbirin təşkilatçısı "The Energy Exchange Ltd." şirkəti olmuşdur.

Ernst & Young-ın partnyoru və Azərbaycan üzrə neft və qaz lideri Turqay Teymurov konfransda "2013-cü ildə neft və qaz sahəsində 10 əsas risk və imkanlar üzrə ikili perspektivlərin araşdırılması" mövzusunda prezentasiya təqdim etdi.

Turqay qeyd etdi: "Konfrans bir sıra MDB ölkələrindən siyasəti formalaşdıran, mühüm qərarlar qəbul edən bir çox şəxsləri və bazar iştirakçılarını bir araya gətirdi. Neft və qaz sahəsində 10 əsas risk və imkanlar üzrə EY-ın hesabatı iştirakçılar tərəfindən maraqla qarşılandı və mənim üçün daha bir önəmli təcrübə oldu".

Sammit iri neft-qaz şirkətlərini və əsas operator və təchizatçıları toplayaraq MDB-nin neft və qaz sahəsi üçün tarixi hadisəyə çevrildi.

Ernst & Young şirkəti tədbirin sponsorlarından biridir.

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 167.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 19 ofisdə 4500 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 19 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 140 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti