...

"AtaSığorta" sığorta əməliyyatlarının tətbiqi üzrə beynəlxalq təcrübə ilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2013 14:49 (UTC +04:00)
"AtaSığorta" ASC-nin rəhbərliyi 23-24 may tarixlərində Almaniyanın Münhen şəhərində keçirilmiş "Sığortada əməliyyat mükəmməlliyi" adlı beynəlxalq konfransda iştirak edib.
"AtaSığorta" sığorta əməliyyatlarının tətbiqi üzrə beynəlxalq təcrübə ilə tanış olub

Azərbaycan, Bakı, 30 may /Trend/

"AtaSığorta" ASC-nin rəhbərliyi 23-24 may tarixlərində Almaniyanın Münhen şəhərində keçirilmiş "Sığortada əməliyyat mükəmməlliyi" adlı beynəlxalq konfransda iştirak edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir. Tədbirdə şirkəti İdarə Heyətinin sədr müavini Orxan Məmmədov təmsil edib. AVIVA, Zurich Insurance, AXA, ACE, XL Insurance və digər qlobal sığorta şirkətlərinin iştirak etdiyi tədbirə 21 ölkədən sığorta sahəsində çalışan 60-dan çox nüfuzlu şəxs qatılıb.

İki gün davam edən konfransda məruzəçilər sığorta sahəsində aktual olan problemlər və inkişaf perspektivləri, yeni texnologiyaların tətbiqi, sığorta əməliyyatlarının mükəmməlliyini təmin etmək üçün yeni istiqamətlər haqqında çıxışlar ediblər. Bununla yanaşı tədbir iştirakçıları müştəri məlumatlarının idarə edilməsində effektivliyin artırılması və digər məsələlərlə bağlı öz bilik və təcrübələrini paylaşıblar.

O.Məmmədov bildirib: "Öz müştərilərinə daha effektiv və keyfiyyətli xidmət göstərməyi qarşısında hədəf qoyan "AtaSığorta" üçün bu cür beynəlxalq konfranslarda iştirak sığorta sahəsində yeni trendlərin izlənilməsi, Azərbaycan sığorta sektoru üçün innovativ yeniliklərin öyrənilməsi və tətbiqi, həmçinin yeni əməkdaşlıqların yaradılması və təcrübə mübadiləsi baxımından çox faydalıdır".

"AtaHolding" Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti