...

Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 3 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2013 18:51 (UTC +04:00)
2013-cü ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 47,57 faiz azalaraq 2,497 milyard manat təşkil edib.
Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 3 dəfədən çox artıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir E.Əliyev/

2013-cü ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 47,57 faiz azalaraq 2,497 milyard manat təşkil edib. Bu barədə bazar ertəsi Trend-ə BFB-dən məlumat verilib.

Ölkənin fond bazarının belə azalması dövlət qiymətli kağızlar bazarının 52,75 faiz azalması hesabına baş verib. Bununla yanaşı, korporativ qiymətli kağızlar bazarı 3,08 dəfə artıb.

Dövlət qiymətli kağızlar bazarının həcmi yanvar-may aylarında 2,2 milyard manatı, korporativ kağızlar bazarının dövriyyəsi isə 291,02 milyon manatı ötüb.

Bütün alətlər üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın seqmentləri

2013 (31.05.13)

2012 (31.05.12)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AR MN) - (yerləşdirmə)

28 538 243,24

17

0,00

0

-

Dİ (AR MN) -

(təkrar bazar)

8 433 879,20

2

1 325 851,92

2

636,11%

Notlar (AR MB) - (yerləşdirmə)

164 947 425,88

63

514 345 156,21

124

32,07%

Notlar (AR MB) -

(təkrar bazar)

43 955 612,02

4

8 277 697,58

5

531,01%

Repo əməliyyatları

1 960 852 780,61

176

4 145 934 154,73

567

47,30%

DQK bazarı cəmi

2 206 727 940,95

262

4 669 882 860,44

698

47,25%

Korporativ istiqrazlar - (yerləşdirmə)

57 167 836,00

36

25 797 584,00

40

221,60%

Korporativ istiqrazlar - (təkrar bazar)

75 199 061,18

56

36 273 756,30

22

207,31%

Səhmlər - (yerləşdirmə)

154 070 589,10

156

29 467 476,35

34

522,85%

Səhmlər - (təkrar bazar)

4 591 733,39

1 574

2 692 892,09

1 489

170,51%

KQK bazarı cəmi

291 029 219,67

1 822

94 231 708,74

1 585

308,84%

Cəmi

2 497 757 160,62

2 084

4 764 114 569,18

2 283

52,43%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzii Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK - Korporativ qiymətli kağızlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti