...

“Bank of Baku” tibb işçilərinə güzəştli kreditlərin verilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2013 13:49 (UTC +04:00)
17 iyun Azərbaycan tibb işçilərinin peşə bayramı ilə əlaqədar “Bank of Baku” endirimli kredit kampaniyası elan edir.
“Bank of Baku” tibb işçilərinə güzəştli kreditlərin verilməsinə başlayır

Azərbaycan, Bakı, 6 iyun /Trend/

17 iyun Azərbaycan tibb işçilərinin peşə bayramı ilə əlaqədar "Bank of Baku" endirimli kredit kampaniyası elan edir. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir
Kampaniyanın şərtinə əsasən, "Bank of Baku" Azərbaycan səhiyyə sisteminin işçiləri üçün pul kreditlərinin illik faiz dərəcəsində 3 faizlik endirimə başlayır.

Kreditin maksimal məbləği 10.000 manat təşkil edir. Müddət - 30 aya qədər. "Bank of Baku" ilə razılaşması olan bir çox tibb müəssisənin işçiləri, habelə bankın təkrar müştəriləri, bu kampaniyadan yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə faydalana bilər. 7 iyun tarixindən etibarən start götürən kampaniya 7 iyul 2013-cü il tarixinədək davam edəcək.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək, habelə bankın http://www.bankofbaku.com/az/conducts-campaigns/cash-loan-campaign-medical.html səhifəsini ziyarət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti