...

"Ernst & Young" XX Beynəlxalq Xəzər Neft və Qaz Konfransında iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2013 15:30 (UTC +04:00)
5-6 iyun 2013-cü il tarixlərində “Jumeirah Bilgah Beach” otelində təşkil edilmiş 2013-cü il 20-ci Beynəlxalq Xəzər Neft və Qaz Konfransında Ernst & Young şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev təqdimatla çıxış etmişdir.
"Ernst & Young" XX Beynəlxalq Xəzər Neft və Qaz Konfransında iştirak edir

Azərbaycan, Bakı, 7 iyun /Trend/

5-6 iyun 2013-cü il tarixlərində "Jumeirah Bilgah Beach" otelində təşkil edilmiş 2013-cü il 20-ci Beynəlxalq Xəzər Neft və Qaz Konfransında Ernst & Young şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev təqdimatla çıxış etmişdir.

Təqdimatda əsas diqqət Azərbaycanda neft və qaz sənayesinin davamlı inkişafının dəstəklənməsinə yetirilmişdir.

İlqar Vəliyev davamlı inkişafın əsas ideya və prinsiplərini biznesin gündəlik fəaliyyətində qəbul edilməli olan konsepsiyası kimi təsvir etdi. O, vurğuladı ki, davamlı inkişafa diqqət yetirilməsi təşkilatlara özlərinin sosial və ətraf mühitə təsirini idarə etməyə, əməliyyat effektivliyini və təbii sərvətlərin təşkilini yaxşılaşdırmağa kömək edəcək. Eyni zamanda, bu rəqabətə davamlı sənayelərdə fərqləndirici rolunu oynayır və investorların əminliyinə, etibarına və işçilərin sədaqətliliyinə şərait yaradır.

Bundan əlavə, İlqar Vəliyev sənayeyə aid risklərə və imkanlara xüsusi diqqət yetirdi, bu sahədə ən yaxşı qlobal praktikalar və biznesin mənfi təsirini yumşaldacaq yollar haqqında danışdı.

"İnanıram ki, Azərbaycanda neft və qaz sənayesində əsas oyunçular davamlı inkişaf strategiyalarını tətbiq etməklə ölkəmizin inkişafına əhəmiyyətli təsir göstərə bilərlər. Biz artıq ARDNŞ, BPO, Statoil və digər şirkətləri misal kimi çəkə bilərik" deyə İlqar qeyd etdi.

Bu tədbir "ITE Group Plc" tərəfindən təşkil edilmişdir. Ernst & Young tədbirin tunc sponsorlarından idi.

Beynəlxalq Xəzər Neft və Qaz Konfransı haqqında

Özünün 20-ci ildönümünü qeyd edən Xəzər Neft və Qaz Konfransı Azərbaycanda və Xəzər regionunda aparıcı və ən çox ziyarət edilən neft və qaz tədbiri olmağa davam edir və Azərbaycanın ən yaxşı iqtisadi, elmi və texnoloji nailiyyətlərini nümayiş etdirir. Tədbir Azərbaycanın Sənaye və Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi ilə və onlarla sıx əməkdaşlıqda təşkil edilmişdir. Konfransda təxminən 50 görkəmli natiq, 21 sponsor və 450-dən artıq nümayəndə toplaşdı. Hər zaman olduğu kimi, Xəzər Neft və Qaz Konfransının əsas iştirakçıları hökumət işçiləri, yüksək səviyyəli kommersiya nümayəndələri və nüfuzlu sənaye peşəkarlarıdır.

Tədbir Azərbaycanda neft və qaz sektorunda tarixi foruma çevrilmişdir. O, iri milli və beynəlxalq neft və qaz şirkətlərini regionun əsas operatorları və təchizatçıları ilə bir araya gətirir.

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 167.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 19 ofisdə 4500 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young şirkəti Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir üzvüdür. Bu şirkətlərin hər biri ayrıca hüquqi şəxsdir. Ernst & Young Global Limited, Böyük Britaniyanın məhdud məsuliyyətli şirkəti olaraq, müştərilərə xidmət göstərmir.

Ernst & Young Azərbaycanda

Ernst & Young 19 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 140 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti