...

"Baghlan Group FZCO" 2012-ci il üzrə audit edilmiş icmal maliyyə hesabatlarının nəticələrini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2013 09:00 (UTC +04:00)
Azərbaycanda neft-qaz hasilatı, tikinti, nəqliyyat və ticarət sahələrində çoxşaxəli layihələrin həyata keçirilməsi ilə məşğul olan "Baghlan Group FZCO" Beynəlxalq Maliyyə Standartlarına müvafiq olaraq hazırlanmış 2012-ci il üzrə maliyyə hesabatlarının audit edilmiş nəticələrinin açıqlanmasını elan edir.
"Baghlan Group FZCO" 2012-ci il üzrə audit edilmiş icmal maliyyə hesabatlarının nəticələrini açıqladı

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycanda neft-qaz hasilatı, tikinti, nəqliyyat və ticarət sahələrində çoxşaxəli layihələrin həyata keçirilməsi ilə məşğul olan "Baghlan Group FZCO" Beynəlxalq Maliyyə Standartlarına müvafiq olaraq hazırlanmış 2012-ci il üzrə maliyyə hesabatlarının audit edilmiş nəticələrinin açıqlanmasını elan edir.

Qrup tərəfindən bildirilib ki, öncəki il ilə müqayisədə gəlir 10%, EBITDA isə 1.5 dəfə artıb. Qrup aktivlərinin ümumi dəyəri öncəki il ilə müqayisədə 70.2% artıb.

Qrupun icmal maliyyə hesabatları aparıcı audit firmalarından biri KPMG tərəfindən audit edilib. KPMG tərəfindən Qrupun icmal maliyyə hesabatları haqqında müsbət rəy də verilib.

"Baghlan Group FZCO" neft-qaz, tikinti, nəqliyyat və ticarət sektorlarında fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olaraq Azərbaycanın neft-qaz sektorunda fəaliyyətə başlayan ilk özəl şirkətlərdən biri və beynəlxalq kapital bazarlarına 3 illik istiqraz alətini emissiya edən ilk özəl korporasiyadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti