...

Azərbaycan və BƏƏ arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2013 14:23 (UTC +04:00)
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəmanov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası İqtisadi Komissiyanın BƏƏ tərəfindən həmsədri Sultan Bin Səid Əl Mansuri ilə görüşüb.
Azərbaycan və BƏƏ arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 20 iyun / Trend, müxbir S.Əhmədova /

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəmanov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası İqtisadi Komissiyanın BƏƏ tərəfindən həmsədri Sultan Bin Səid Əl Mansuri ilə görüşüb. Bu barədə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin məlumatında deyilir.

Görüşün məqsədi 2012-ci ilin 18 dekabrda Dubayda keçirilmiş Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının 4-cü iclası zamanı imzalanmış Protokoldan irəli gələn məsələlərin müzakirə edilməsi və ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üzrə yeni təkliflər ətrafında fikir mübadiləsinin aparılması olub.

Görüşdə əsasən ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq üzrə məsələlər ətrafında danışıqlar aparılıb. Belə ki, iki ölkə arasında birgə investisiya fondlarının yaradılması və bu investisiyaların üçüncü ölkələrdə yatırılması, Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq qrupunun təsis edilməsi və hər iki ölkənin regionları arasında birbaşa hava əlaqələrinin təşkil edilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti