...

Azərbaycanda yeni icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsinin mənbələri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2013 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A. Axundov/

Azərbaycanda hazırlanan yeni icbari tibbi sığorta sistemi üç mənbədən - dövlət büdcəsi, işəgötürənlər və işçilərin ödənişlərindən maliyyəlləşdiriləcək.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov Rumıniyanın PR şirkətinin dərc etdiyi və Azərbaycanın sığorta bazarına həsr edilmiş "Media XPRIMM" jurnalına müsahibəsində deyib.

Jurnalın xüsusi buraxılışı iyunun 20-21-də Bakıda keçirilən IV Beynəlxalq Sığorta Forumuna həsr edilib.

Onun sözlərinə görə, hazırlanan layihə hər bir ölkə vətəndaşının tibbi xidmətlərin minimum paketindən istifadə edə bilməsi imkanlarına yönəlib.

Xəlilov bildirib: "Azərbaycanda icbari tibbi sığorta məsələsi gündəlikdədir. Biz yeni sistemin tətbiqi üçün ən yaxşı həll yolunu axtarmaq istiqamətində işləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti