...

"Fitch" "Azərbaycan Dəmir Yolları"nın reytinqini "BBB-" səviyyəsində təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2013 14:16 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-nin emitentinin defoltunun uzunmüddətli reytinqini "Sabit" proqnozla "BBB-" səviyyəsində təsdiq edib.
"Fitch" "Azərbaycan Dəmir Yolları"nın reytinqini "BBB-" səviyyəsində təsdiq edib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir A. Axundov/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-nin emitentinin defoltunun uzunmüddətli reytinqini "Sabit" proqnozla "BBB-" səviyyəsində təsdiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı agentliyin yaydığı məlumatda deyilir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin reytinqi yüz faizlik səhmdarı olan Azərbaycanın suveren reytinqi ilə ("BBB-"/"Sabit" proqnoz) bir səviyyədədir.

"Fitch"in qiymətləndirməsi QSC-nin neft və neft məhsullarının nəqlində və tranzit əməliyyatlarında mövqeyi də daxil olmaqla, milli iqtisadiyyat üçün strateji əhəmiyyətini əks etdirir.

"Fitch" gözləyir ki, QSC yaxın gələcəkdə dövlətin 100 faizlik mülkiyyətində olacaq, lakin agentlik şirkətin borcunun dövlət zəmanətinin olmadığını qeyd edir.

Borcun səviyyəsi nisbətən ortadır (bu ilin fevralında cəlb edilmiş yeni kredit daxil olmaqla 2013-cü ilin I rübünə görə 284 milyon manat). Hazırda şirkət yeni xarici borc cəlb etməyi planlaşdırmır.
2012-ci ilin sonuna olan məlumata görə, QSC-nin ümumi borcu 185 milyon manat olub və bu il 42 milyon manatın ödəniş müddəti çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti