Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir E. Əliyev/
2013-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 5821 inzibati qanun pozuntusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi DGK-nın yaydığı məlumatda deyilir.
Onlardan 65-i qanunsuz keçməyə cəhd, 122-i əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 4913-si isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.
Həmçinin hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 144 fakt qeydə alınıb.
Məlumata görə, 113 fakt qaçaqmalçılıqla, 74-i isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.
Hesabat dövründə 62,96 kiloqram narkotik vasitə ələ keçirilib. Həmçinin 7 ədəd aksis markaları olmadan malların idxalı faktı qeydə alınıb.
Bu faktlar üzrə yanvar-iyun aylarında şübhəli şəxs qismində 168 nəfər saxlanılıb.