Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Axundov/
"Paşa Həyat Sığorta" şirkəti ilin sonuna portfelində könüllü sığorta növlərinin payını 60 faizə çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü mətbuat konfransında şirkətin Risklərin idarə edilməsi şöbəsinin rəhbəri Pərviz Quliyev deyib.
Quliyev qeyd edib ki, təklif etdiyimiz ən populyar könüllü sığorta növü yığım sığortasıdır:
"Bu növ vəsaitlərin investisiyası, həmçinin kreditorların həyatının sığortalanmasının sərfəli alətinə çevrilir ki, bu da banka borclunun həyatını onun kreditinə uyğun məbləğdə sığortalamağa imkan verir".
Onun sözlərinə görə, digər növlərin inkişafı potensial müştərilərin alıcılıq qabiliyyətinin artması ilə əlaqədardır: "Məsələn, biz sağalmaz xəstəliklərdən sığortalanmanın genişləndirilməsinə istiqamətlənmişik".