Azərbaycan, Bakı, 24 iyul /Trend/
Renault KİV işçilərini 10-11 sentyabr tarixində Frankfurt Avtomobil Sərgisi çərçivəsində keçirilən mətbuat günlərinə dəvət edir. Sizi yeni məhsulların təqdimatı, şirkətin rəhbərləri ilə mətbuat konfransı və müsahibə gözləyir.
Bu il Renault bir neçə əsas, yeni korporativ üslublu modeli təqdim edəcək. Tamaşaçılar tam yeni, Renault-un "Premium" avtomobil anlayışını özündə əks etdirən "Concept-car" ilə tanış olacaqlar. Sərgi həmçinin Lourens Van Den Akerin dizayn strategiyasına uyğun olaraq hazırlanmış altı "Concept-car"-ı görmək imkanı yaradacaq.
Həmçinin Renault, elektormobillərdən ibarət olan, o cümlədən Almaniya bazarına təzəlikcə buraxılmış ZOE-nun daxil olduğu, xətti təqdim edəcək. Yeniliklər və avtoidman diqqət mərkəzində olacaq: tamaşaçılara - Energy ailəsinin üzvü olan, təzəlikcə təqdim olunan Energy F1 2014 motoru ilə təmin edilmiş - yeni mühərrik təqdim olunacaq.
İki gün ərzində sərgidə Renault Qrupunun rəhbərləri iştirak edəcək:
• Karlos Qon, Qrupun prezident və icraçı direktoru
• Karlos Tavares, Qrupun əməliyyat direktoru
• Jerom Stolp, Ticarət direktoru və ticari nəqliyyat üzrə direktor
• Filip Kleyn, Planlaşdırma, məhsul və proqram direktoru
• Jan-Mişel Billiq, Mühəndis-konstruktor təkmilləşdirmə, informasiya sistemi və keyfiyyət direktoru
• Tyeri Bolpore, İstehsalat və xarici logistika direktoru
• Ştefan Müller, Baş əməliyyat direktoru
• Brüno Anselen, Avrasiya regionu əməliyyat direktoru, Renault Rusiyanın icraçı direktoru
Renault-un mətbuat konfransı - çərşənbə axşamı, 10 sentyabr, saat 13:30-da başlayacaq.
Konfransın spikerləri: Karlos Taveres, Qrupun əməlliyat direktoru və Lourens Van Den Aker, Qrupun sənaye dizaynı direktoru.
Mətbuat konfransı www.renault.com və media.renault.com saytlarında canlı yayımlanacaq.
Həmçinin stenddə Renault-un son yeniliklərı haqqında sualları cavablıya biləcək mütəxəssislər iştirak edəcək.
8 nömrəli pavilyonda Renault üçün yeni yer - Stend D10
10 Sentyabrda Frankfurtda görüşərik!