...

"Bank Respublika" kredit şərtlərini çevikləşdirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2013 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

İndi "Bank Respublika"dan nağd kredit alarkən, kreditin faiz dərəcəsi və komissiya haqqını müştəri özü müəyyən edə bilər. Bu barədə Trend-ə bankdan cümə günü daxil olan məlumatda deyilir.

Kreditin rəsmiləşdirilməsi zamanı ödənilən komissiya haqqının bir hissəsi ümumi illik faiz dərəcəsinə əlavə etmək mümkündür. Bu da, krediti rəsmiləşdirərkən istehlakçıların xərclərini azaltmağa imkan yaradır.

Bu imkanlara komissiya haqları 2 faizdən az və 4 faizdən artıq olmayan hallarda baxılır, başqa sözlə, müştərinin istəyi ilə komissiya haqqının 2 faizinin əsas illik faiz dərəcəsinə əlavə edilməsi mümkündür.

Çevik komissiya haqqının 1 faizindən sözügedən yenilik mikro və aqro kredit alanlar üçün də şamil oluna bilər.

Geniş bankomatlar şəbəkəsi, internet və MobilBank vasitəsi ilə kredit borclarının banka gəlmədən ödənilməsi - Bank Respublika-dan kredit almağın mühüm üstünlüklərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti