Azərbaycan, Bakı, 12 avqust /Trend /
"Bank of Baku"-nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin ən yaxşı Sosial Yönlü səhifə (Socially Devoted) nominasiyası üzrə mükafatına layiq görülüb.
Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, təqdim edilmiş xüsusi sertifikatda "Bank of Baku"-nun sosial şəbəkədə müştəri xidmətlərinə görə bu sənədə layiq görüldüyü qeyd edilib.
Socialbakers (http://www.socialbakers.com ) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.
Təqdim edilmiş mükafat 2013-cü ilin ikinci rübünü əhatə edir. Socialbakers öz açıqlamasında bildirib ki, "Bank of Baku"-nun Facebook səhifəsində istifadəçilərlə kommunikasiya nümunəvi səviyyədə qurulub.
Socialbakers təhlilçilərinin araşdırmasına görə, "Bank of Baku"-nun Facebook səhifəsində istifadəçilərin sorğu və müraciətlərinin 90 faizdən çoxu cavablandırılır və bu, qısa vaxt aparır.
Socialbakers-in beynəlxalq miqyasda apardığı araşdırmada digər kateqoriyalar üzrə müxtəlif biznes sahələrini təmsil edən dünyanın aparıcı şirkət və korporasiyalarının sosial səhifələri mükafatlandırılıb.
Xatırladaq ki, hazırda "Bank of Baku"-nun əsas Facebook səhifəsindən başqa (http://www.facebook.com/bankofbaku), Bolkart kredit kartına həsr olunmuş http://www.facebook.com/bolkart səhifəsi də fəaliyyət göstərir.Hər iki səhifəni toplam 150.000 yaxın internet istifadəçisi izləyir və bu rəqəm dinamik şəkildə artır.