...

ARDNŞ “Bulla-dəniz" qaz yatağında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması üzrə proqram hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2013 12:22
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Bulla-dəniz" qaz yatağında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması üzrə proqramın hazırlanması işlərini həyata keçirir
ARDNŞ “Bulla-dəniz" qaz yatağında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması üzrə proqram hazırlayır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 avqust / Trend müxbir E.İsmayılov/

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Bulla-dəniz" qaz yatağında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması üzrə proqramın hazırlanması işlərini həyata keçirir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev deyib ki, hazırda yanğın davam edir və hadisə yerində SOCAR və Fövqəladə Hallar Nazirliyinin mütəxəsisləri çalışır.

Şirkət rəhbəri həmçinin deyib ki, yardım üçün Britaniyanın BP şirkəti də müraciət edib.

R.Abdullayev deyib ki, hazırda qəzanın baş vermə səbəbləri araşdırılır, ilkin ehtimallara görə, qəzaya səbəb yüksək təyziq olub.

O bildirib ki, yanğını söndürmək böyük problem deyil və hazırda vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, avqustun 17-də gecə saat 23 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər təxliyə olunaraq sahilə çıxarılıb.

90 №-li kəşfiyyat quyusu "Bulla-dəniz" yatağının şimal-şərq qanadında 29 №-li özüldən məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsi məqsədi ilə layihələndirilib. Quyuda qazma işlərinə 2012-ci il noyabrın 6-da başlanılıb (dənizin dərinliyi - 26,5 metr).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti