...

Azərbaycanda saxta süd məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2013 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend/

İqtisadi İnkişaf Nazirliyinin (İİN) Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən paytaxtda aparılan yoxlama zamanı saxta süd məhsullarının istehsal edildiyi müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə İİN-in cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Dəyanət Cəfər oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı saxta süd məhsullarının istehsal edildiyi müəyyən edilib və 426 litr saxta süd məhsulu satışdan çıxarılıb.

Satışdan çıxarılmış 426 litr saxta süd məhsulu mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti