...

Nazirlər Kabineti kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı profilaktiki tədbirləri gücləndirmək məqsədi ilə vəsait ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2013 14:43 (UTC +04:00)
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı profilaktiki tədbirləri gücləndirmək məqsədi ilə avqustun 29-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı imzalanıb
Nazirlər Kabineti kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı profilaktiki tədbirləri gücləndirmək məqsədi ilə vəsait ayırıb

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir E.Əliyeva/

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı profilaktiki tədbirləri gücləndirmək məqsədilə avqustun 29-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı imzalanıb.

Nazirlər Kabinetinin sərəncamına əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə zəruri olan xüsusi təyinatlı avtomaşınların, avadanlıqların, müalicəvi dərmanların, dezinfeksiya və dezinseksiya maddələrinin alınması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 2 milyon 350 min manat məbləğində vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti