...

“Bank of Baku” plastik kartlar vasitəsilə alış-veriş edənlər üçün ödəniş müddətini uzadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2013 13:46 (UTC +04:00)
“Bank of Baku” Bilik Günü ilə əlaqədar Bolkart sahibləri üçün əlverişli bayram kampaniyası elan edir. 6-15 sentyabr tarixlərində Bolkart şəbəkəsinin 1 aylıq ödəniş qəbul edən mağazalarında bir dəfəyə cəmi 201 manat və daha böyük məbləğdə alış-veriş etmiş kart sahibləri ödənişlərini 3 ay sonra edə bilərlər.
“Bank of Baku” plastik kartlar vasitəsilə alış-veriş edənlər üçün ödəniş müddətini uzadır

Azərbaycan, Bakı, 9 sentyabr /Trend /

"Bank of Baku" Bilik Günü ilə əlaqədar Bolkart sahibləri üçün əlverişli bayram kampaniyası elan edir. 6-15 sentyabr tarixlərində Bolkart şəbəkəsinin 1 aylıq ödəniş qəbul edən mağazalarında bir dəfəyə cəmi 201 manat və daha böyük məbləğdə alış-veriş etmiş kart sahibləri ödənişlərini 3 ay sonra edə bilərlər.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, Bolkart sahibləri alış-veriş anından etibarən 3 ay sonra, yəni dekabr ayında, əlavə xərcsiz ödəmələrini həyata keçirmək imkanı qazanırlar.

Kampaniya yalnız 10 gün, 6-15 sentyabr tarixlərində qüvvədədir.

Bolkart şəbəkəsinin 1 aylıq ödənişli mağaza və ticarət mərkəzləri siyahısına tanınmış dəftərxana dükanları, supermarketlər, restoran, aptek, gözəllik salonları və digər ictimai obyektlər daxildir. İndi bu məkanlarda alış-veriş edib, məhsul və xidmətin dəyərini 3 ay sonra ödəmək olar.

Hal-hazırda 140.000-dən çox Azərbaycan vətəndaşı Bolkart-dan gündəlik istifadə edir. Kredit kartı ilə alış-veriş etmək, vaxtaşırı nağd pul çıxarmaq və digər üstünlüklərdən bəhrələnmək olar. Bolkart vasitəsilə ölkəmizin istənilən mağazasında, həmçinin dünyanın istənilən ölkəsində və internetdə alış-veriş etmək mümkündür.
Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder

Daha ətraflı: www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti