...

Son 10 ildə əhalinin Azərbaycan banklarında əmanətləri 24 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2013 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Axundov/

2003-2013-cü illərdə əhalinin Azərbaycanın bank sisteminə qoyduğu əmanətlər 24 dəfə, verilən bank kreditlərinin həcmi isə 23 dəfə artıb. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat veriblər.

Məlumata görə, 2013-cü ilin yanvar-iyul aylarının yekunu üzrə bankların verdiyi kreditlər 14,2 milyard manat olub, ölkə banklarında fiziki şəxslərin əmanətlərinin həcmi isə 6,02 milyard manat təşkil edib.

AMB-dən deyiblər ki, son 10 ildə sektorun aktivləri 18 dəfə artıb: "2003-2012-ci illə ərzində sektorun maliyyə dərinliyi, yəni bank aktivlərinin qeyri-neft ÜDM-nə olan nisbəti 3,4 dəfə artaraq 67 faizə çatıb".

Mərkəzi Bankın məlumatına görə, 2013-cü il avqustun 1-nə olan vəziyyətə görə, ölkə banklarının aktivləri 18,7 milyard manat təşkil edib: "2003-2013-cü illərdə AMB-nin valyuta ehtiyatları 17 dəfə artıb və beynəlxalq kafilik meyarlarını 3 dəfə üstələyir".

2013-cü il iyulun sonuna AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının ümumi həcmi 12,88 milyard dollara çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti