...

Azərbaycan və İsrail arasında ikiqat vergitutmanın aradan qaldırılması gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2013 13:34 (UTC +04:00)
Azərbaycan və İsrail arasında ikiqat vergitutmanın aradan qaldırılması gözlənilir. Trend-in məlumatına görə, çərşənbə axşamı İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə bildirib ki, iki dövlət arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilənin imzalanması da gözlənilir.
Azərbaycan və İsrail arasında ikiqat vergitutmanın aradan qaldırılması gözlənilir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan və İsrail arasında ikiqat vergitutmanın aradan qaldırılması gözlənilir. Trend-in məlumatına görə, çərşənbə axşamı İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə bildirib ki, iki dövlət arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilənin imzalanması da gözlənilir.

Qeyd edək ki, Azərbaycan 143 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı saziş imzalayıb.

Səfir, həmçinin bildirib ki, dekabrda "BakuTel" sərgisi üçün İsrail hökümətinin çox böyük nümayəndə heyəti Bakıya gələcək. Sərgidə İsraildən 14 şirkətin iştirakı təsdiqlənib.

Xatırladaq ki, dekabrın 2-5-də Bakıda 19-cu "BakuTel" Beynəlxalq və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti