...

Bakıda "Fairmont şedevrinin yaradılması" adlı master-klass keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2013 16:30 (UTC +04:00)
DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə hazırlanmış "Master Class Session" layihəsinə 20 sentyabr 2013-cü il tarixində "Fairmont Hotel Baku" hotelinin baş meneceri Adrian Ellis tərəfindən keçirilmiş "Fairmont şedevrinin yaradılması" master-klass tədbiri ilə start verilib.
Bakıda "Fairmont şedevrinin yaradılması" adlı master-klass keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə hazırlanmış "Master Class Session" layihəsinə 20 sentyabr 2013-cü il tarixində "Fairmont Hotel Baku" hotelinin baş meneceri Adrian Ellis tərəfindən keçirilmiş "Fairmont şedevrinin yaradılması" master-klass tədbiri ilə start verilib.

Tədbirdə dünya şöhrətli "Fairmont", "Raffles" və "Swissotel" brendlərinin fəaliyyətindən danışılıb. Bu üç brendin daha zərif səyyahlara birgə təklif etdiyi xidmətlər haqqında məlumat verilib. Bununla yanaşı, A.Ellis Bakının rəmzinə çevirilmiş "Alov Qüllələri"nin yaradılması mərhələlərindən bəhs edib, onun unikallığını açıqlayıb. Bakının orta və kiçik hotellərinin rəhbərləri olan tədbir iştirakçıları Azərbaycanda, xüsusən, Bakı şəhərində turizmin inkişafı, orta və kiçik hotellərin perspektivləri, şəhər infrastrukturunun imkanları, qiymət siyasəti, təklif olunan xidmətlərin müxtəlifliyi və Azərbaycana gələn turist seqmenti kimi məsələləri müzakirə edib, fikir mübadiləsi aparıblar.

Tədbirin partnyoru qismində Nova.net şirkəti iştirak edib.

Nova.net - hotellərin idarə edilməsi üçün təklif olunan "InOtel" ilk və yeganə milli proqram təminatının yaradıcısıdır.

DAİR Hotellər və Restoranlar Assosiasiyası göstərilən köməyə və layihədə aktiv iştiraklarına görə A.Ellisə və "Fairmont" hotelinin bütün kollektivinə dərin təşəkkürünü bildirir.

Qeyd etmək istərdik ki, hazırkı layihə dünya şöhrətli brend hotellərin və restoranların rəhbər əməkdaşları, orta və kiçik hotellərin və ixtimai iaşə müəsissələrinin rəhbərləri, o cümlədən digər təcrübəli peşəkarlar arasında təcrübə və fikir mübadiləsi aparmaq məqsədilə hazırlanıb. Layihənin rəhbəri Aysel İmranı və Assosiasiyanın icraçı direktoru Əhməd Pənayevin sözlərinə görə, bu tədbirlə başlayan layihə cari ilin sonunadak davam edəcək və digər şəbəkə hotellərin nümayəndələri və qonaqpərvərlik sənayesinin peşəkarları tərəfindən master-klassların keçirilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti