...

"Bank Technique" VISA PersonalPayment və MasterCard MoneySend pul koçürmələri xidmətlərinə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2013 17:31 (UTC +04:00)
“Bank Technique” ASC müştərilərinə təklif etdiyi xidmətlərin çeşidini artırmaqda davam edir. Bu dəfə Bank VISA və MasterCard beynəlxalq ödəmə sistemlərinin VISA “PersonalPayment” və MasterCard “Money Send” pul koçürmələri xidmətlərinə qoşulub.
"Bank Technique" VISA PersonalPayment və MasterCard MoneySend pul koçürmələri xidmətlərinə qoşulub

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

"Bank Technique" ASC müştərilərinə təklif etdiyi xidmətlərin çeşidini artırmaqda davam edir. Bu dəfə Bank VISA və MasterCard beynəlxalq ödəmə sistemlərinin VISA "PersonalPayment" və MasterCard "Money Send" pul koçürmələri xidmətlərinə qoşulub. Yeni xidmətlər bu ödəmə sistemlərinin kart sahiblərinə, banka gəlmədən, öz aralarında pul köçürmələrini həyata keçirməyə imkan yaradır.

VISA "PersonalPayment" xidməti sayəsində "Bank Technique"in VISA kart sahibləri, Azərbaycan və bütün MDB ölkələrinin bankları tərəfindən buraxılan VISA kartlarına pul köçürə bilərlər.

Öz növbəsində, "MoneySend" - MasterCard ödəmə sisteminin xidməti olaraq, MasterCard və Maestro kart sahiblərinə, Azərbaycan və digər ölkələrin (hazırda bu siyahıda olan ölkələr: Albaniya, Polşa, Macarıstan, Rumıniya, İsrail, Belarus, Rusiya, Qazaxıstan, Serbiya, Bosniya və Hersoqovina, Bolqarıstan, Makedoniya, Sloveniya, Slovakiya, Xorvatiya, Malta, Kipr, Moldova, Ukrayna, Çexiya, Çernoqoriya, Gürcüstan) bankları tərəfindən buraxılan MasterCard kartlarına pul köçürmələrini həyata keçirməyi təklif edir.

VISA və MasterCard ödəmə sistemlərinin bütün kartlarına sözügedən xidmətlər avtomatik olaraq qoşulur. Bu xidmətlər vasitəsilə köçürmələr ölkə daxilində milli valyutada, ölkədən kənara isə ABŞ dolları ilə aparılır. Sistemlər üzrə ölkə daxilində komisyon haqları 0,25%-dən 0,75%-dək, digər ölkələr üzrə isə 1%-dən, 1,5%-dək dəyişir.

Hər iki xidmət üzrə tariflər haqqında daha ətraflı www.banktechnique.az saytından öyrənə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti