...

AİB 2013-cü ildə Azərbaycan ÜDM-nin artım proqnozunu yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2013 16:33 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) 2013-cü ildə Azərbaycan ÜDM-nin artım proqnozuna müsbət istiqamətdə yenidən baxıb.
AİB 2013-cü ildə Azərbaycan ÜDM-nin artım proqnozunu yaxşılaşdırıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Əliyev/

Asiya İnkişaf Bankı (AİB) 2013-cü ildə Azərbaycan ÜDM-nin artım proqnozuna müsbət istiqamətdə yenidən baxıb. Trend-in məlumatına görə, bu barədə bankın yenilənmiş "Asian Development Outlook" hesabatında bildirilir.

Hesabata əsasən, bank 2013-cü ildə ölkə ÜDM-nin artımının əvvəlki kimi 3,1 faiz deyil, dörd faiz olacağını gözləyir.

AİB gələcək illə bağlı proqnozu dəyişməz saxlayaraq ölkədə iqtisadi artım templərinin 4,8 faiz səviyyəsində olacağını gözləyir.

Eyni zamanda, bankın analitikləri Azərbaycanın da aid edildiyi Mərkəzi Asiya regionunun inkişafı üzrə proqnozu 5,5-dən 5,4 faizə azaldıb. Bu da Qazaxıstan və Gürcüstanda iqtisadiyyatın ləng inkişafı ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti