...

"PAŞA Həyat" istehsalat zamanı əmək qabiliyyətini itirmiş şəxsə 34 min manatlıq sığorta ödənişi verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2013 17:35 (UTC +04:00)
Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir irihəcmli ödənişini həyata keçirib.
"PAŞA Həyat" istehsalat zamanı əmək qabiliyyətini itirmiş şəxsə 34 min manatlıq sığorta ödənişi verib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir irihəcmli ödənişini həyata keçirib.

Şirkətin Marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "PAŞA Həyat" tərəfindən sığortalı müəssisənin işçisi istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində peşə əmək qabiliyyətinin 70%-ni itirib.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası"nın müvafiq bəndinə uyğun olaraq, zərərçəkmiş şəxsə "PAŞA Həyat" tərəfindən 33,935 min manat həcmində birdəfəlik ödəniş verilib.

Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq "PAŞA Həyat Sığorta" tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödənişin verilməsi halları artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında sözügedən sığorta növü üzrə 639 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,7 dəfə çoxdur.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Bu ilin yanvar-avqust aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 19,312 mln. manat, ödənişləri isə 501 min manata yaxın olub. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti